THE SİMPLE PLAN
Pore Reset+ Toner · BHA Məsamə Təmizləyici Tonik
Spirtli tonik həll deyil.
90-lardan qalma "tonik = spirt" məntiqi yağı kəsir, amma bariyeri də kəsir. Pore Reset+ məsələyə fərqli yerdən baxır: %2 BHA (Salisil) məsamələrin içində zərifcə işləyir, %1 PHA (Gluconolactone) səthi hamarlaşdırır, L-Carnitine yağ balansını dəstəkləməyə kömək edir. Tonik deyil — sakitləşdirilmiş eksfoliant.
Çəkən kimi "yandı"-"batdı" hissi yoxdur. 5-7 gün sonra məsamələrin kobud teksturasının görünüşü yumşalır; 4 həftəlik müntəzəm istifadədə T-zona gün boyu daha mat görünür.
Niyə bu formul?
Məsamə görünüşü tək səbəbdən olmur: yağ + ölü hüceyrə + sərtləşmə. Tək aktivli BHA tonikləri yalnız yağ-tıxanma hissəsinə toxunur. Pore Reset+ BHA + PHA + L-Carnitine çoxlu yanaşması ilə üç qapını eyni anda döyür.
Məsamə Təmizləmə · Pore Cleaning
Zərif Eksfoliasiya · Gentle Cleanse
Yağ Nəzarəti · Oil Control
Sakitləşdirici Kompleks · Soothing
Formulda nə var, niyə var?
%2 Salicylic Acid (BHA)
Yağda həll olan quruluşu ilə məsamə içindəki yağ və kiri hədəfləyir; tıxanma və qara nöqtə görünüşünü azaltmağa kömək edir.
%1 Gluconolactone (PHA)
Səthi zərifcə hamarlaşdırır; böyük molekullu quruluşu ilə bariyerə toxunmur.
%0.5 L-Carnitine
Yağ balansını dəstəkləməyə və gün ərzində parıldama görünüşünü azaltmağa kömək edir.
%1 7 Botanical Soothing Complex®
Yeddi bitki ekstraktından ibarət sakitləşdirici kompleks. Turşu işləyərkən dərini rahat saxlayır.
Dəstəkləyici aktivlər
%1 Niacinamide — Məsamə görünüşünü balanslaşdırır, tonu düzəltməyə kömək edir.
%0.2 Zinc PCA — Ani matlıq, yağ axınının idarəsi.
%0.3 Panthenol — Bariyer rahatlığı, turşudan sonra sakitləşdirmə.
%0.1 Allantoin — Dəri rahatlığı; gərginlik buraxmır.
Tekstura və Təcrübə
Şəffaf, su kimi axan tonik. Qoxusuz. Pambıqla və ya birbaşa əllə tətbiq olunur. İlk bir neçə saniyə nəmli təravət; ardınca yox olan yüngüllük. Turşu batması yoxdur. Dəri turşu-tonik yorğunluğu hiss etmir.
- Spirtsiz formul — denaturasiya olunmuş spirt, etanol, izopropanol ehtiva etmir
- BHA yağ həll edən, PHA səth eksfolianti — ikisi birlikdə çoxlu mexanizm
- Patch testlə təsdiqlənib, dermatoloji nəzarətli
- pH 3.5-4.0 — BHA aktivliyi üçün optimal diapazon
Necə istifadə olunur?
Axşam təmizlikdən sonra pambıqla və ya əllə T-zonaya və yağlı nahiyələrə tətbiq et. Gözləməyə ehtiyac yoxdur — ardınca serum və nəmləndirici gəlir. Səhər istifadəsi isteğe bağlıdır (dəri tolerantlığına görə).
Kimə uyğundur?
Yağlı, qarışıq, akneyə meyilli dərilər. Geniş məsamə görünüşü olan bütün dəri tipləri. Həssas dəri üçün ilk 2 həftə həftədə 3 gün başlanmalıdır. Hamiləlik və əmizdirmə dövründə %2 BHA ehtiva etdiyi üçün istifadədən əvvəl həkim tövsiyəsi alınmalıdır.
2. Pore Reset+ tonik — pambıqla T-zona
3. Problem-yönümlü serum
4. Nəmləndirici
5. SPF (səhər, məcburi — BHA foto-həssaslıq yarada bilər).
· İlk 2 həftə həftədə 3 gün başla, sonra hər gün
· Retinol/Time Warp ilə eyni gecə istifadə edilərsə növbə ilə, 5 dəq fasilə ilə
· Aktiv sızanaq/yara üzərinə birbaşa tətbiq etmə
· Açıldıqdan sonra 12 ay, otaq temperaturunda saxlayın.
Həcm: 200 mL · İstehsal: Türkiyə · Sertifikatlar: GMP · ISO 22716 · ISO 9001 · Saxlama müddəti: 36 ay (açıldıqdan sonra 12 ay)
TEZ-TEZ VERİLƏN SUALLAR
Bu tonikdir, yoxsa eksfoliant?
Əslində hər ikisi. Klassik tonik balanslaşdırmaq, eksfoliant isə yeniləmək üçün istifadə olunur. Pore Reset+ BHA+PHA ehtiva etdiyi üçün sakitləşdirilmiş kimyəvi eksfoliantdır — balanslaşdırıcı tonik formatında.
Hər gün istifadə olunurmu?
Tolerantlıq yarandıqdan sonra bəli. İlk 2 həftə həftədə 3 gecə, sonra hər gecə. Səhər istifadəsi isteğe bağlıdır — həssas dəri yalnız axşam seçməlidir.
Tək aktivli BHA toniklərindən fərqi nədir?
Əksər BHA tonikləri tək aktivə söykənir. Pore Reset+ BHA + PHA + L-Carnitine + Niacinamide kombinasiyası təqdim edir; üstəlik daha güclü sakitləşdirmə profilinə malikdir (7 Botanical %1).
Dərim batacaqmı?
Xeyr — spirtsiz formul batma yaratmır. Çox həssas dərilərdə ilk tətbiqdə nadir hallarda yüngül istilik hissi ola bilər, qısa müddətdə keçir.
Akneyə meyilliyəm, birbaşa üzərinə çəkim?
Aktiv sızanağın üstünə birbaşa çəkmək əvəzinə bütün səthə və T-zonaya tətbiq et. Aktiv aknedə Breakout Control-u seç.
Hamiləyəm, istifadə edə bilərəmmi?
%2 BHA (salisil) tərkibinə görə hamiləlik və əmizdirmə dövründə həkim tövsiyəsi olmadan istifadə tövsiyə edilmir. Bu dövrdə Reborn+ və Calm Hug rutinini seçə bilərsən.
Aktiv İnqrediyentlər
| Aktiv | Nisbət | Funksiya |
| Salicylic Acid (BHA) | %2 | Məsamələrin təmizlənməsinə kömək edir |
| Gluconolactone (PHA) | %1 | Zərif eksfoliasiyaya kömək edir |
| L-Carnitine | %0.5 | Yağ balansını dəstəkləyir |
| 7 Botanical Soothing Complex | %1 | Sakitləşdirir |
Tərkibi (INCI)
Aqua, Propanediol, Salicylic Acid, Gluconolactone, Niacinamide, Sodium Citrate, Butylene Glycol, Carnitine, Sodium Benzoate, Panthenol, Zinc PCA, Potassium Sorbate, Allantoin, Zinc Sulfate, Tetrasodium EDTA, Glycyrrhiza Glabra Root Extract, Centella Asiatica Extract, Camellia Sinensis Leaf Extract, Polygonum Cuspidatum Root Extract, Scutellaria Baicalensis Root Extract, Chamomilla Recutita Flower Extract, Rosmarinus Officinalis Leaf Extract